Vitse-spikerlə deputat sığorta şirkətlərinə qarşı

Vitse-spikerlə deputat sığorta şirkətlərinə qarşı
  29 Oktyabr 2013    Oxunub:1068
Sığorta şirkətləri inzibati məsuliyyətə cəlb olunmalıdır, çünki onlar insanlarda inamsızlıq yaradırlar.
AzVision.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı parlamentin bugünkü iclasında çıxışında deyib.

“Onlar vətəndaşların haqlı ödənişlərini etmirlər, buna görə də onlar da sığorta şirkətlərinə inamsızlıq yaradır. Sığorta şirkətləri vətəndaşların sığorta ilə bağlı alacaqlarına mane olarsa, süründürməçilik yaradılarsa cinayətə cəlb edilməlidirlər”.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Fəzail Ağamalı ilə razılaşdığını deyib. O, qeyd edib ki, bu gün insanların sığorta şirkətlərinə inamı azdır.
“Qaldırılan problemlər olduğu üçün vətəndaşlar sığorta şirkətləri ilə müqavilə bağlamağa ehtiyac duymur”.


Teqlər:  





Xəbər lenti