İlham Əliyev Gülə zəng etdi

İlham Əliyev  Gülə zəng etdi
  29 Oktyabr 2013    Oxunub:1070
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidentinə ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti