Vaxtı ötmüş ərzaq məhsulları aşkarlandı

 Vaxtı ötmüş ərzaq məhsulları aşkarlandı
  29 Oktyabr 2013    Oxunub:1052
İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş mallar aşkarlanıb.
AzVision.az xəbər verir ki, monitorinqlər Bakının Yasamal, Binəqədi rayonlarında, eləcə də Ağstafa, Ağdaş, Quba, Abşeronda (Saray qəsəbəsində) həyata keçirilib.

Ümumilikdə, monitorinqlər zamanı 190 kq-a yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti