İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
  29 Oktyabr 2013    Oxunub:940
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirə olunub.
AzVision.az xəbər verir ki, qanun layihəsi barədə sədr müavini Valeh Ələsgərov məlumat verib. Dəyişikliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunan hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə fiziki şəxslər 25 manatdan 30 manatadək miqdarında, vəzifəli şəxslər 40 manatdan 60 manatadək miqdarda cərimə edilir.

V. Ələsgərov onu da bildirib ki, nəzərdə tutulan dəyişiklik İnzibati Xətalar Məcəlləsinin Vergi Məcəlləsinin 53.8-ci maddəsinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra qəbul edilib


Teqlər:





Xəbər lenti