Oqtay Əsədov: “Dediklərimizi heç kim oxumayacaq”

Oqtay Əsədov: “Dediklərimizi heç kim oxumayacaq”
  29 Oktyabr 2013    Oxunub:1159
Milli Məclisin bugünkü iclasında çıxış edən spiker Oqtay Əsədov deputatların seçkilərlə bağlı çıxışlarına reaksiya verib.
AzVision.az-ın məlumatına görə, spiker seçkilərin artıq geridə qaldığını deyib.

“Bu haqda artıq kənar təşkilatların rəyini müzakirə etməyə ehtiyac yoxdur. Əmin edirəm ki, dediklərimizi heç kim oxumayacaq. Avropa Parlamenti əvvəl Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdi, eynən ATƏT Parlament Assambleyası kimi. Amma, sonra məcbur oldular nümayəndə heyəti göndərməyə. Ancaq çox təəssüflər olsun ki, seçkilərdən əvvəl onlar burada iclaslar keçirirdi. Biz o zaman bildirdik ki, burada nəsə məsələlər hazırlanır. Ancaq bunun nəticələrini indi gördük.

Özünün partiyalarının hesabatı olmadan öz rəyini verdi. Nədir ki, ATƏT-in DTİHB belə rəy bildirib. ATƏT-in PA həm Azərbaycanda, eləcə də ATƏT-in sessiyasında Azərbaycanda keçirilən seçkilərə münasibətini bildirdilər. Avronest PA yaradılanda Azərbaycan onun təşəbbüskarlaından, həm də iştirakçılarından olub. Avropa Parlamentindən eşitmişik ki, Avronest-in hansısa çağırışı Avropa Parlamentində eşidilsin. Bu o deməkdir ki, Avronest PA öz işıini yerinə yetirə bilmir. Avronest PA-ya Azərbaycan parlamentinin qərarı ilə girib və parlamentinin qərarı ilə çıxıb. Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyəti genişləndirməlidir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti