Jurnalistlərin ailə faciəsi parlamentdə qaldırıldı

Jurnalistlərin ailə faciəsi parlamentdə qaldırıldı
  29 Oktyabr 2013    Oxunub:1211
Milli Məclisin bugünkü iclasında deputat İqbal Ağazadə jurnalistlərin yaxın qohumlarının həkim səhlənkarlığından ölməsi məsələsindən danışıb.
AzVision.az-ın məlumatına görə, millət vəkili bu məsələlərin araşdırılmasını tələb edib.

“Özəl tibb müəssisələrində iki jurnalistin yaxın qohumlarının vəfatı ciddi narazılıq doğurub. Bununla bağlı ciddi araşdırma aparan yoxdur. Məsələ araşdırılsın və hesabat verilsin”.

İ.Ağazadə çıxışında Avropa Birliyinə münaqişə ilə bağlı verdiyi bəyanata görə minnətdar olmadığını deyib.

“Azərbaycan heç bir ölkədən təcrid olunmamalıdır. Müxtəlif rəylər ola bilər. Amma Azərbaycan Avroatlantik məkana inteqrasiya prosesini davam etdirməlidir.
Biz israrla Avropa Birliyinin Şərq tərəfdaşlığı çərçivəsini davam etdirməliyik. Azərbaycan heç bir beynəlxalq təşkilatdan təcrid olunmamalıdır. İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi keçirilir. Əminliklə deyirəm ki, baş vermiş hadisələrdə onların işi olmayıb. Mən məhkəmənin qərarına təsir etmək istəmirəm. Amma bir daha baş vermiş hadisələrdə təşkilatçılığı olmayıb”.-deyə deputat bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti