Millət vəkillərindən Qərbə sərt mesaj

Millət vəkillərindən Qərbə sərt mesaj
  29 Oktyabr 2013    Oxunub:1110
Milli Məclisin plenar iclası başlayıb. AzVision.az-ın məlumatına görə, deputat Zahid Oruc cari məsələlərin müzakirəsi zamanı çıxış edib. O, 9 oktyabr seçkilərindən sonra beynəlxalq qurumların Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib.
Deputat qeyd edib ki, beynəlxalq reaksiyaların başlıca səbəbi Azərbaycana iqtisadi və siyasi yollarla nəyisə qəbul etdirməkdir.
“Biz bunu keçmişdə də görmüşük. İndi Azərbaycanın sıravi insanına bəllidir ki, bu beynəlxalq təzyiqlərin bəlli səbəbi olub. Beynəlxalq qurumlar niyə ABŞ bövlət başçılarının telefon danışıqlarının izlənməsinə münasibət bildirmirlər? Düşünürəm ki, Azərbaycan Avropadan qopmayacaq.

Fərəc Quliyev isə çıxışında Azərbaycanın Avronest-dən çıxmasına münasibət bildirib.

“Azərbaycanın Avronest-dən çıxacağı ilə bağlı fikirlər gedir. Düşünürəm ki, Azərbaycanın hansısa qurumdan çıxması beynəlxalq fəaliyyətinə təsir etməyəcək. Azərbaycan qərb dövlətlərinə inteqrasiya da maraqlıdır. Azərbaycan demokratiyanin bərpa olunmasında, terrorizmə qaşrı mübarizədə öz töhfəsini verib. Enerji sahəsində əməkdaşlığı genişləndirir. Bu prosesdə Azərbaycan Avropa strukturlarını kənarda qoymayacaq. Yəni, Azərbaycan bir qrup insanların fikri ilə qərblə münasibətini dəyişməyəcək. Azərbaycan doğru yoldadır, qərbə inteqrasiyasını davam etdirəcək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti