Baş nazirin müavini: “Ağlamayın”

  29 Oktyabr 2013    Oxunub : 622
Baş nazirin müavini: “Ağlamayın”
Əli Həsənov: “Ağlaşma vaxtı qurtarıb”
“İşğal günləri ilə bağlı keçirilən tədbirlərin fotmatını dəyişmək lazımdır. Mən səfirliklərin də belə tədbirlərdə iştirakını təklif etdim. Bunu Elmar Məmmədyarova dedim. Onun göstərişi ilə Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərində Zəngilanın anım günü keçiriləcək”.

Bunu qaçqınlarla iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov bu gün Zəngilanın işğalına həsdr olunmuş tədbirdə çıxışında deyib. O qeyd edib ki, bu gün Amerikada, Fransada və başqa bir neçə ölkədəki Azərbaycan səfirliklərində bu istiqamətdə tədbirlər keçiriləcək:

“Tədbirdə parlament nümayəndələri, eləcə də ölkə ictimaiyyətinin təmsilçiləri iştirak edəcək. Bundan başqa Azərbaycan səfirləri Amerika, Fransa və Rusiya xarici işlər nazirlərinə Zəngilanın işğal günü ilə bağlı nota göndərib”.

Ə.Həsənov vurğulayıb ki, artıq ağlamaq vaxtı deyil: “Tədbirlərdə ağlamaq lazım deyil. Ağlaşma vaxtı qurtarıb. Torpaqları azad etmək lazımdır”.

Komitə sədri qeyd edib ki, əgər Ermənistan tərəfi konstruktiv mövqeyə gəlməsə Azərbaycan istənilən yolla torpaqlarını azad edəcək: “Bunu ölkə başçısı deyib. Biz də buna hazır olmalıyıq. Gənclərimizi buna hazırlamalıyıq”.

Fatimə Kərimli

Teqlər: