Səlim Müslümovu müavinləri əvəz edir

Səlim Müslümovu müavinləri əvəz edir
  29 Oktyabr 2013    Oxunub:927
Dövlət Sosial Müdafiə Fondunun (DSMF ) sədri vəzifəsinə hələ də təyinat aparılmayıb. Hazırda DSMF-nin sabiq sədri Səlim Müslümovun vəzifəsini iki müavini icra edir.
Bu barədə AzVision.az-a açıqlamasında fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib:

“DSMf-nin fəaliyyətində hər hansı bir axsama yoxdur. Hələlik Səlim müəllimin vəzifələsini müavinləri yerinə yetirir. Sədrin yerinə nə vaxt, kimin gətirələci barədə xəbər yoxdur. Biz öz fəaliyyətimizi davam etdiririk”-deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Prezidentin 22 oktyabr sərəncamı ilə DSMF-nin sabiq sədri Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. DSMF sədri postu isə hələki boş qalır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti