“Nə qədər gec deyil, ağıllarını başlarına yığsınlar”

“Nə qədər gec deyil, ağıllarını başlarına yığsınlar”
  29 Oktyabr 2013    Oxunub:1043
“Dünya dövlətləri və Beynəlxalq təşkilatların bizim seçkilərə olan münasibətindən gördük ki, Azərbaycanın taleyini həll edən Azərbaycan prezidenti və xalqı olacaq”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınlarla iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov deyib. O, vurğulayıb ki, dünyada bu gün ədalətsizlik hökm sürür: “Dünyada qeyri- obyektiv proseslər gedir, çoxşaxəli standartlar var. Biz heç kimə arxayın olmamalıyıq”.

Komitə sədri onu da qeyd edib ki, Azərbaycana qarşı belə münasibət göstərilməyi birinci dəfə deyil:

“Biz belə qeyri-obyektiv münasibətə alışmışıq. Bu, birinci dəfə deyil. Ermənilər də Zəngilan ərazisində kök salıb. Qoy onlar eşitsin ki, onları öz dövlətləri iki dəfə qaçqın edəcək. Necə ki, onlar bizim insanlarımızı iki dəfə qaçqın edib. Nə qədər gec deyil ağıllarını başlarına yığsın. Bu ədalətsizlik heç vaxt yerdə qalmayacaq”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti