Məmmədyarov Bolqarıstana səfərə gedib

Məmmədyarov Bolqarıstana səfərə gedib
  30 Oktyabr 2018    Oxunub:1179
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya rəsmi səfərə yola düşüb.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan Respublikasının Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti