Azay Quliyev Vyanaya dəvət edildi

Azay Quliyev Vyanaya dəvət edildi
  29 Oktyabr 2013    Oxunub:998
Azay Quliyev oktyabrın 30-dan noyabrın 1-dək Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq.
Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev oktyabrın 30-dan noyabrın 1-dək Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfərdə məqsəd ATƏT PA-nın prezidenti Ranko Krivokapicin şəxsi dəvəti ilə ATƏT-in Daimi Şurasının sessiyasında iştirak etməkdir. Sessiyada quruma üzv ölkələr arasında strateji əməkdaşlıq üzrə gələn ilin prioritet istiqamətləri və bir sıra digər vacib məsələlər müzakirə olunacaq.






Teqlər:





Xəbər lenti