Azərbaycanda yeni hakim təyinatları olacaq - SİYAHI

 Azərbaycanda yeni hakim təyinatları olacaq -  SİYAHI
  29 Oktyabr 2018    Oxunub:4491
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə daxil edilən Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar məlumat verib. O, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlər barədə danışıb. “Elektron Məhkəmə” informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin ümumi iş fəaliyyətində operativliyin təmin olunmasına müsbət təsir göstərdiyini, məhkəmə sisteminin müasirləşməsini təmin etdiyini vurğulayıb.

Sonra iclasda iştirak edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov yeni namizədlər barədə məlumatı diqqətə çatdırıb. Qeyd olunub ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilir.

İclasda Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlunun, Hüseyn Aida Əli qızının “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilməsi məqsədəuyğun sayılıb. Bildirilib ki, Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu Gəncə Apelyasiya Məhkəməsinin, Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin, Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu Şirvan Apellyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilir.

Deputatlar Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Rəfael Cəbrayılov, Elşən Musayev, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Tahir Kərimli namizədlikləri təqdim olunan gənc hakimlər barədə fikirlərini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Milli Məclisin deputatları məhkəmə-hüquq sistemindəki islahatları yüksək dəyərləndirib, yeni təkliflərini səsləndiriblər.

Müzakirə olunan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti