Sərxoş sürücü avtomobil daşıyan yük maşınını aşırıb - FOTOLAR

Sərxoş sürücü avtomobil daşıyan yük maşınını aşırıb -  FOTOLAR
  29 Oktyabr 2018    Oxunub:4592
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 295-ci kilometrliyində avtomobil daşıyan "Mercedes" markalı yük maşını qəza törədib.
Azvision.az-ın məlumatına görə, sürücü Qırğız Respublikasının vətəndaşı Dima Aleksandr Yevlax rayonu ərazisində idarə etdiyi yük avtomobilini yolun kənarına aşırıb. Nəticədə yük maşınında olan müxtəlif markalı avtomobillərə ciddi ziyan dəyib.

Qeyd olunub ki, sürücü sərxoş olub və qəza nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.







Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti