İstanbulda tarixi zirvə görüşü - FOTOLAR (YENİLƏNİB)
***
İstanbulda Suriya məsələsi ilə bağlı dördtərəfli zirvə görüşü başlayıb.
Azvision.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron zirvə görüşündə iştirak etmək üçün İstanbula gəliblər.
Sammitdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya, Rusiya və Fransa liderləri ilə ikitərəfli görüşlər keçirib.
İstanbul görüşündə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində gələcək addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması və ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Zirvə görüşünün yekunlarına dair liderlərin mətbuat üçün bəyanatlarla çıxış etməsi gözlənilir.
Azvision.az
Teqlər: İstanbul