Bu il Bakıda 147 nəfər yol qəzasında ölüb

  27 Oktyabr 2018    Oxunub : 3106
Bu il Bakıda 147 nəfər yol qəzasında ölüb
Bu ilin 9 ayı ərzində paytaxt ərazisində 430 yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, qəzalar nəticəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.

Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib.

Azvision.az

Teqlər: DİN   Qəza