Azərbaycanda ilk dəfə: AzVision oxucuları üçün onlayn krossvordlar

  Azərbaycanda ilk dəfə:  AzVision oxucuları üçün onlayn krossvordlar
  26 Oktyabr 2018    Oxunub:60640
Azvision.az saytı Azərbaycanda ilk dəfə öz oxucularına onlayn krossvordlar təqdim edir.
Məqsəd krossvord həvəskarlarını internetdə də bu intellektual və faydalı əyləncə növü ilə təmin etməkdir. Biz ölkədə krossvord həvəskarlarının çox olduğunu bilir və onların bu hobbisini alqışlayırıq. Çünki krossvord həll etmək – intellektual əyləncədən savayı, həm də beyin və yaddaş üçün çox yaxşı məşqdir.

Bundan sonra saytın xüsusi bölməsində ( https://azvision.az/krossvord ) hər gün oxuculara yeni krossvord təqdim olunacaq. Həmin bölməyə həm ana səhifədə, həm də yazıların altında olan “Onlayn krossvord” bannerindən keçmək olar. Krossvordların arxivi də saytda saxlanılacaq.

Yaxın gələcəkdə intellektual əyləncə növlərinin çeşidini artırmağı, məsələn, hazırda dünyada çox populyar olan, beyin üçün faydalı Sudoku əlavə etməyi də düşünürük.

Vaxtınızı intellektual və faydalı əyləncələrlə keçirin!

Azvision.az



Teqlər: Krossvord   Onlayn-krossvord  





Xəbər lenti