Yeni nazirlər vətəndaşlarla görüşə gedir

Yeni nazirlər vətəndaşlarla görüşə gedir
  28 Oktyabr 2013    Oxunub:1108
Heydər Əsədov və Səlim Müslümov vətəndaşla görüşəcək.
Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfati naziri Heydər Əsədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vətəndaşlarla görüşmək üçün bölgələrə səfər edəcəklər.

AzVision.az-ın məlumatına görə, kənd təsərrüfati naziri Heydər Əsədov noyabrın 29-da Salyanda Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, Cəbrayıl rayonlarının vətəndaşları ilə görüşəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabr 15-də Qaxda Qax, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatala rayonundan olan əhaliylə görüşüb, onların şikayətlərini dinləyəcək.

Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun isə adı siyahıda yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti