“ISESCO-nun ASAN mükafatı” təsis edildi - FOTOLAR
Həmçinin “ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf naminə İdarəetmə (G4D) beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafı və idarəetmələrinin yüksəldilməsi məqsədilə xüsusi “ASAN xidmət” məhsullarının formalaşdırılması əməkdaşlıq proqramında nəzərdə tutulur.
Dövlət Agentliyi ilə ISESCO arasında əməkdaşlığın əsası 10 noyabr 2017-ci il tarixində xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə qoyulub.
ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. ISESCO-nun Fəaliyyət Planına müvafiq sahə üzrə əməkdaşlıq ilk dəfə olaraq daxil edilib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: ASAN-Xidmət İSESCO