Ferma sahibini tapança ilə hədələdi

Ferma sahibini tapança ilə hədələdi
  25 Oktyabr 2018    Oxunub:4727
Cari il iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələmiş və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılmış, xəsarət alan olmayıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, görülən tədbirlərlə A.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb, bu zaman onun sərxoş halda olması müəyyən edilib.

Araşdırmalarla A.Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki çoban işlədiyi fermadakı dolabdan tapması müəyyən edilib. Q.Yusifov Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, qeyd edilən “Beretta 1934” markalı silahı tapdığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Tapança  





Xəbər lenti