“Marqvelaşvili bu addımı atmasa yolumuz açıq olacaq”- DEPUTAT

 “Marqvelaşvili bu addımı atmasa yolumuz açıq olacaq”- DEPUTAT
  28 Oktyabr 2013    Oxunub:1113
Gürcüstanda Georgi Marqvelaşvilinin hakimiyyətə gəlməsi ictimaiyyətdə Azərbaycan – Gürcüstan müasibətlərinin bundan sonra necə davam edəcəyi sualını yaradır.
Məsələ ilə bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü millət vəkili Zahid Oruc AzVision.az-a danışıb.

Deputatın fikrincə, Gürcüstanla Azərbaycan münasibətləri yüksək səviyyədə davam edəcək:

“Georgi Marqevaşvilinin prezidentliyi dönəmində Gürcüstanın xarici siyasət kursunun necə inkişaf edəcəyi hamı üçün sual doğura bilər. Çünki Bidzina İvanişvili əvvəlcədən elan etmişdi ki, o, müəyyən müddət üçün Baş nazir postunda qalacaq. Sonrakı dövrdə ümumiyyətlə, siyasətdən gedəcək. Onun əsas silahdaşları, həmfikirləri İvanişvilinin irəli sürdüyü siyasi prosesi aparacaqlar. Hesab edirəm ki, kimin hansı platformada dayanmasından asılı olmayaraq Azərabycanla əlaqələrə geniş meydan veriləcək. Çünki bunu zəruri edən onlarla amil var. Həmçinin Saakaşvili dönəmində gürcü xalqı demokrtiya yolunda elə böyük məsafəni qət edib ki, onu Avrointeqrasiya modelindən tamamilə çıxarmaq və bölgə dövlətlərinin siyasi cəhətdən işğalına məruz qoymaq çox çətin olacaq. Gürcüstan dövlətinin siyasəti koordinal dəyişməyəcəksə, özünün qərb partnyorlarının üzərindən xətt çəkməyəcəksə, avtomatik bu bizim Avropaya çıxan yolumuzun açıq olması deməkdir”- deyə millət vəkili bildirib.

Deputat Gürcüstanda yaşayan soydaşlarımızın ictimai- siyasi proseslərə yaxından qoşulması, dövlət idarəçiliyində fəal iştirakını yeni hökumətin təmin edəcəyinə inandığını xüsusu ilə qeyd edib.

Şəhanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti