Sabah hava isti olacaq

Sabah hava isti olacaq
  28 Oktyabr 2013    Oxunub:975
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 9-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti