Ukrayna Ermənistandan şikayət etdi

Ukrayna Ermənistandan şikayət etdi
  23 Oktyabr 2018    Oxunub:2632
Ukrayna polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarının artırması ilə bağlı Ermənistan və Qırğızıstanı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, şikayətə əsasən, Avrasiya İqtisadi İttifaqının üzvü olan hər iki ölkə qeyd olunan məhsullarla bağlı vergini mərhələli şəkildə azaltmalı olduğu halda əksini edib. Qeyd olunub ki, vergi artımı mövcud olmayan qərarlara əsaslanıb.

Bundan başqa Ukrayna eyni mövzu ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Qazaxıstanı da şikayət edib.

Azvision.az


Teqlər: Ermənistan   Ukrayna  





Xəbər lenti