Badamdarda gərginlik davam edir - Yeni məlumat

Badamdarda gərginlik davam edir  - Yeni məlumat
  19 Oktyabr 2018    Oxunub:1423
Badamdardakı sürüşmə zonasında sürüşmə kütləsi üzərində gərginlik davam edir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

ETSN rəsmisi bildirib ki, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür: "Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır. Evlərin hasarları istiqamətində yaxınlaşmalar var. Sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa gözlə görüləcək artım müşahidə olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti