Masallıda mağaza yanıb

Masallıda mağaza yanıb
  19 Oktyabr 2018    Oxunub:3144
Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 80 m2 olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) anbarının tavanı 30 m2 sahədə, içərisində olan 5 ədəd soyuducu, ərzaq malları və məişət əşyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın   FHN  





Xəbər lenti