Çavuşoğlu jurnalist Camaldan danışdı: “Əlimizdə dəlillər var”

Çavuşoğlu jurnalist Camaldan danışdı: “Əlimizdə dəlillər var”
  19 Oktyabr 2018    Oxunub:3838
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeoya səudiyyəli jurnalist Camal Kaşoqi ilə bağlı səs yazısının dinlədilməsi haqda iddialara aydınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, Çavuşoğlu bəzi KİV-lərdə yayılan xəbəri yalanlayaraq, belə bir məsələnin müzakirə mövzusu olmadığını bəyan edib.

“Əlimizdə bəzi məlumatlar və dəlillər var. Türkiyənin ABŞ dövlət katibi Mayk Pompeoya və başqa bir amerikalı rəsmiyə hər hansı səs yazısı verməsi müzakirə mövzusu deyil. Nəticələr məlum olduqdan sonra onu bütün dünyaya təqdim edəcəyik. Amma hazırda hər hansı bir ölkə ilə bu məlumatları paylaşmağımız mümkün deyil”, - deyə Çavuşoğlu vurğulayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Çavuşoğlu   Kaşoqqi   Səudiyyə   ABŞ   Pompeo  





Xəbər lenti