Keçmiş məhkum yenidən cinayət törədib

Keçmiş məhkum yenidən cinayət törədib
  19 Oktyabr 2018    Oxunub:2557
Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, dərhal Şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və araşdırmalarla həmin şəxsin Xaçmaz rayon sakini Sərxan Qarbaşov olduğu məlum olub. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti