Əsgərlikdən gələn erməni gənci maşın vurub öldürdü

Əsgərlikdən gələn erməni gənci maşın vurub öldürdü
  19 Oktyabr 2018    Oxunub:3510
Ermənistanda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az Shamshyan.com saytına istinadən xəbər verir ki, hadisə İrəvanın Şiraz küçəsində baş verib. Belə ki, “Mercedes” markaı avtomobil yolu keçən 22 yaşlı Albert Termelyanı vurub.

Sürücü yaralı şəxsi xəstəxanaya aparıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, qəzada ölən 22 yaşlı Albert Termelyan həqiqi hərbi xidməti yeni keçib və evlərinə qayıdırmış.

Azvision.az




Teqlər: İrəvan  





Xəbər lenti