Gəmidə zəhərlənən 3 İran vətəndaşı ölüb - Nazirlik

Gəmidə zəhərlənən 3 İran vətəndaşı ölüb - Nazirlik
  19 Oktyabr 2018    Oxunub:3501
Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Elvin Hacıyev Azvision.az-a bildirib ki, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb və yolda vəfat ediblər:

“Ölənlərin üçü İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir. Zəhərlənən 10 nəfərdən 7-si hospitalizasiya olunub. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kapitanı isə hazırda təcili tibbi yardım gözləyir. O, sonuncu çıxmalıdır. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Gəmi  





Xəbər lenti