Cəbhəyanı 4 yaşayış məntəqəsinə qaz verilib

Cəbhəyanı 4 yaşayış məntəqəsinə qaz verilib
  18 Oktyabr 2018    Oxunub:1462
Tərtərin cəbhə bölgəsindəki 4 yaşayış məntəqəsinə Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib və bununla da Tərtər rayonu üzrə qazlaşdırma səviyyəsi 100 faizə çatdırılıb.
“Azəriqaz”İstehsalat Birliyindən Azvision -a verilən məlumata görə, keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 132 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 594 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Azvision


Teqlər: Tərtər   Təbiiqaz  





Xəbər lenti