Musa Məmmədovun kürəkəni Türkiyədə güllələnib - FOTOLAR

Musa Məmmədovun kürəkəni Türkiyədə güllələnib - FOTOLAR
  18 Oktyabr 2018    Oxunub:8341
Türkiyəli iş adamı, “EDO Müzik”in sahibi Mustafa Erkin Karaman ötən gün saat 20:00 radələrində silahlı hücuma məruz qalıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iş adamı İstanbulun Beykoz səmtində maşınında güllələnib. Naməlum şəxs tərəfindən Karamanın lüks maşınına atılan 5 güllədən 2-si ona dəyib.
Məlumata görə, yaralı biznesmen ərazidən uzaqlaşa bilb. O, təcili yardım vasitəsilə Beykoz Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin sabiq müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib.





Kənan Məmmədov
Azvision


Teqlər: İş-adamı   Silahlı-Hücum   Türkiyə  





Xəbər lenti