Ermənipərəst Petrasa əlaltılıq edən “faydalı axmaqlar”

Ermənipərəst Petrasa əlaltılıq edən “faydalı axmaqlar”
  18 Oktyabr 2018    Oxunub:3430
Avropa Parlamentinin (AP) İnsan Hüquqları Komitəsinin növbəti iclası çərçivəsində “2017-ci il üzrə dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti” üzrə dekabrda qəbul ediləcək illik hesabat layihəsi üzrə ilkin müzakirələr keçirilib.
Məlumat üçün bildirək ki, sənədin müəllifi Azərbaycana qarşı davamlı olaraq qərəzli münasibəti ilə seçilən litvalı deputat Petras Austrevisiusdur. O, Avropa Parlamentində kəskin İslamafobiya və səlibçi düşüncəsinə malik şəxs kimi qiymətləndirilir.

P.Austrevicus Litvanın Macarıstandakı keçmiş səfiri Renatas Yuşkanı özünə köməkçi götürüb. Renatas Yuşka 8 iyul 2013-cü ildə "Youtube"də yayımlanan qalmaqallı səs yazısı ilə yadda qalıb. Həmin şəxs digər litvalı səfir ilə telefon danışığı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin ermənilərin xeyrinə həll edilməsinin tərəfdarı olduğunu, xristian həmrəyliyi baxımdan ermənilərin dəstəklənməsinin vacibliyini bildirib.

Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutu tərəfindən SOROS fondunun maraqlarını Avropa Parlamentində müdafiə edə biləcək Avropa Parlamenti üzvlərinin siyahısı açıqlanıb. Hesabatı Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutunun sorğusu əsasında KUMQUAT konsaltinq şirkəti hazırlayıb. Petras Austrevisius bu siyahıda Soros tərəfindən dəstəklənən və ənənəvi olaraq anti-Azərbaycan mövqeyi ilə seçilən və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edən Eleni Theoxarous, Frank Engel, Andrey Kovatcev, Charles Tannock, Petras Austrevicius, Johannes Cornelis van Baalen, Ana Gomes, Maritje Shaake kimiləri ilə bir siyahıdadır.

Müzakirələr zamanı sənədin müəllifi qismində Petras Austrevisius çıxış edib. O, məqsədyönlü şəkildə sənədi Azərbaycana qarşı yönləndirməyə çalışır. Onun sözlərinə görə, sənəddə konkret ölkəyə birbaşa istinad edilməkdən yayınmaq ənənəsinin dayandırılması nəzərdən keçirilə bilər. Belə ki, bundan sonra hər hansı ölkə və ya region adlarının çəkilməsi məsələsi sənədin kölgə məruzəçiləri ilə müzakirə ediləcək.

Azərbaycanla əlaqədar kölgə məruzəçiləri dedikdə isə Arif Məmmədov və Emin Hüseynov kimi “faydalı axmaqlar” nəzərdə tutulur. "Faydalı axmaqlar" ifadəsini deyilənə görə, Vladimir İliç Lenin siyasi leksikona gətirib.

Onları “faydalı axmaq” adlandırmaq bəlkə də bir qədər çətin olardı. Çünki onlar bilərəkdən və məqsədyönlü şəkildə əsl bolşevik mentaliteti ilə ölkəsinə və xalqına nifrət edən, düşmən kəsilən dairələrlə asanlıqla əməkdaşlığa gedir və onların diktəsi ilə nə əmr olunursa, onu edirlər. Necə ki bolşeviklər çox asanlıqla Kayzer Almaniyası ilə əməkdaşlıq edir, cəbhədə rus əsgərlərinin ölümü onları maraqlandırmırdı. 2016-cı ilin aprel döyüşlərini bütün Azərbaycan xalqı milli qələbə kimi qeyd edən zaman Arif Məmmədov və Emin Hüseynov eynən bolşeviklər kimi, ermənilərin məğlubiyyətinə kədərlənirdilər.

Sözügedən müzakirələrdə Arif Məmmədov və Emin Hüseynovun xüsusi canfəşanlıq göstərməsi indi tam şəkildə aydın olur. Mənəvi, siyasi və maddi baxımdan iflas olan bu marginallar öz cılız məqsədləri üçün Sorosla, onun Petras kimi əlaltıları ilə hər cür əməkdaşlığa hazırdırlar.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq dinamik surətdə inkişaf edir. Bu ilin iyulunda tərəflər arasında Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması, Aİ tərəfindən birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi, TAP layihəsinin icrasında irəliləyişlər görünür yenidən kimlərisə narahat etməyə başlayıb. Bu halda avtomatik şəkildə Avropa Parlamentində olan anti-Avropa siyasəti yürüdən siyasətçilər, onların əlaltıları işə salınır.

Azvision


Teqlər: Avropa-Parlamenti   Anti-Azərbaycan  





Xəbər lenti