Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib
  17 Oktyabr 2018    Oxunub:3477
Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Ordubad və Sədərək rayonlarında ümumilikdə 15 aztəminatlı ailəyə yanında balası olan 14 iribuynuzlu və 10 xırdabuynuzlu mal-qara verilib.
Azvision -ın məlumatına görə, ailə üzvlərinə onlara verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub. Bu addım Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə atılıb.

Ümumiyyətlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ilin 9 ayı ərzində 95 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.

Azvision


Teqlər: Naxçıvan  





Xəbər lenti