Jurnalistin qətlində adı hallanan konsul işdən çıxarıldı

Jurnalistin qətlində adı hallanan konsul işdən çıxarıldı
  17 Oktyabr 2018    Oxunub:4615
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd Uteybi vəzifəsindən geri çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə ərəb mətbuatı məlumat yayıb. Bildirilib ki, ötən gün Türkiyədən ölkəsinə qayıdan baş konsul dərhal işdən azad olunub.

Onun fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı qeyd olunub. Bundan əlavə, baş konsul fəaliyyəti ilə bağlı istintaqa cəlb olunacaq.

Məlumat üçün bildirək ki, Məhəmməd Uteybi səudiyyəli jurnalist Camal Kaşoqinin konsulluqda naməlum şəraitdə yoxa çıxmasında təqsirli bilinir. Həttta iddia edilir ki, jurnalist onun qarşısında qətlə yetirilərək cəsədi hissələrə ayrılıb.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Səudiyyə   Konsul  





Xəbər lenti