“Badamdarda gərginlik böyük ərazini əhatə etmir” - FHN rəsmisi

“Badamdarda gərginlik böyük ərazini əhatə etmir” - FHN rəsmisi
  16 Oktyabr 2018    Oxunub:1520
"Badamdarda sürüşmə sahəsindəki gərginlik böyük ərazini əhatə etmir"

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli AzVision.az-a bildirib ki, Badamdar sahəsinin sürüşməyə meyilli hissələri hər zaman nəzarətdə saxlanılıb.
“Ərazinin aşağı hissəsində restoran və çayxananın fəaliyyəti dayandırılıb, yol bağlanılıb. Yuxarı hissədə olan 11 evin sakinləri müvəqqəti çıxarılıb. Evlərdə heç bir dəyişiklik yoxdur. Evlər qayalıq üzərində olduğundan indiyədək sürüşmə olmayıb. Qayalığın aşağısında yumşaq suxurlar var. Altdan su getdiyi üçün süxurlar tərpənib və sürüşmə olub”, - FHN rəsmisi deyib.

T.Hüseynli bildirib ki, ərazidə işlər tam bitdikdən sonra insanların evlərinə qayıdıb-qayıtmaması barədə məlumat veriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: FHN   Badamdar   Sürüşmə  





Xəbər lenti