Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ olub
  16 Oktyabr 2018    Oxunub:3038
Şamaxı rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb. Yeraltı təkanlar yerin 10 km dərinliyində, 3,4 maqnituda gücündə baş verib.

AzVision.az


Teqlər: Zəlzələ   Şamaxı  





Xəbər lenti