İcazəsiz ova cəhd edən şəxs saxlanılıb

İcazəsiz ova cəhd edən şəxs saxlanılıb
  16 Oktyabr 2018    Oxunub:1245
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Astara rayon sakini Emil Kazımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və digər ov alətləri götürülüb.

Faktla bağlı E.Kazımov barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

AzVision.az


Teqlər: ETSN   Ov  





Xəbər lenti