Azərbaycanda yeni mərkəz yaradılıb

Azərbaycanda yeni mərkəz yaradılıb
  16 Oktyabr 2018    Oxunub:1373
Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar verib.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi yaradılıb. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilib.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti