Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  15 Oktyabr 2018    Oxunub:2617
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin AzVision.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu rayonunda keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ramazanovdan narkotik vasitə olan marixuana aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən isə əlavə olaraq 800 qram marixuana da götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Niyaməddin Həsənovun evindən 2 kiloqram 700 qram marixuana götürülüb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Bəkirzadədən 36 qram, evindən isə 455 qram marixuana və 1 ədəd çətənə kolu aşkarlanıb. Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti