Oğurluq edən şəxslər saxlanılıb

Oğurluq edən şəxslər saxlanılıb
  15 Oktyabr 2018    Oxunub:2874
Oktyabrın 10-dan 13-dək olan müddətdə Maştağa qəsəbəsindəki fermaların birindən 7 baş inəyin oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Adəm Ağayev saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədşbirləri nəticəsində rayon ərazisində 2 həyətyanı sahədən ümumilikdə 6 baş qoyun, həmçinin evlərin birindən su mühhəriki və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Qulamov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti