Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
  13 Oktyabr 2018    Oxunub:3576
Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 22 radələrində baş verib.

Göyçay şəhəri ərazisində Mırtı kənd sakini Şəmsi Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Niyaməddin Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti