Tramp Ərdoğana təşəkkür etdi

Tramp Ərdoğana təşəkkür etdi
  13 Oktyabr 2018    Oxunub:4548
ABŞ prezidenti Donald Tramp amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasına görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında yazıb. ABŞ prezidenti Bransonla görüşəcəyini vurğulayıb.

"Branson çox çətin təcrübə keçmiş mükəmməl bir xristiandır. Prezident Ərdoğana etdiyi köməyə görə təşəkkür edirəm".

Qeyd edək ki, dünən İzmir şəhər məhkəməsi amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu ev dustaqlığından azad edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını aradaq qaldırıb.

Xatırladaq ki, Branson FETÖ və PKK terror təşkilatları ilə əlaqədə itiham olunaraq həbs edilmişdi. Onun həbsi ABŞ-la Türkiyə arasında diplomatik qalmaqala səbəb olmuşdu.

AzVision.az


Teqlər: Tramp   Ərdoğan   Branson  





Xəbər lenti