ABŞ Suriyaya qadağan olunmuş bomba atdı

ABŞ Suriyaya qadağan olunmuş bomba atdı
  13 Oktyabr 2018    Oxunub:4473
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyaya ağ fosfor bombaları atıblar.
AzVision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, koalisiya qüvvələri terrorla mübarizəni bəhanə gətirərək Suriyanı bombalamağa davam edir və bu zaman qadağan olunmuş hücum vasitələrindən istifadə etməkdən belə çəkinmirlər.

“ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya ərazisinə endirdikləri hava zərbələrində beynəlxalq normalarla qadağan edilmiş ağ fosforlu bombalardan istifadə ediblər. Zərbələr ölkənin cənb-şərqində Deyr-əz-Zor səhrası yaxınlığındakı Hacin şəhərinə endirilib” – məlumatda deyilib.

Qeyd edilib ki, hava hücumu nəticəsində ölüm faktı qeydə alınmayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   ABŞ  





Xəbər lenti