Koçaryan baş nazir olmaq istəmir

Koçaryan baş nazir olmaq istəmir
  13 Oktyabr 2018    Oxunub:3881
Ermənistanın ikinci prezidenti, 2008-ci ilin mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. O, Ermənistanın baş nazir postunu tutmaq niyyətində deyil.
AzVision.az xəbər verir ki, bu barədə Koçaryan “Bloomberg”ə müsahibəsində bildirib.

“Mən ölkənin baş naziri olmaq üçün indi münasib imkan görmürəm və bunu düzgün hesab etmirəm. Gələcəkdə isə vəziyyətin necə inkişaf edəcəyinə baxacağam. Çünki hədəflərə çatmaq üçün baş nazir postuna gəlmək son nəticə olmamalıdır".

Sabiq prezidentin sözlərinə görə, əgər yeni hökumət ölkəni “parlaq” şəkildə idarə etsə və iqtisadiyyat ikirəqəmli göstəricilərlə inkişaf etsə, vəziyyət normal olacaq.

“Lakin əgər biz bütün bu cinahlar üzrə pisləşməyə şahidlik etsək, onda tamam başqa vəziyyət olacaq. Və hətta bu cür olsa belə, baş nazir postunu uğurla tutaraq ölkəni irəli aparacaq gənc və perspektivli siyasətçilər ortaya çıxacaq. Bu gün mən öz rolumu sadəcə mövcud problemlərin dilə gətirilməsində görürəm.”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti