Nazirlik sürüşmə ilə bağlı 8 saatdan bir məlumat yayacaq

Nazirlik sürüşmə ilə bağlı 8 saatdan bir məlumat yayacaq
  13 Oktyabr 2018    Oxunub:1307
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə ilə əlaqədar hər 8 saatdan bir məlumat yayacaq.
Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"ETSN tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Hazırda nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır. Sürüşmənin dinamikasında aktivlik davam edir.

AzVision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti