Bundestaqin üzvü Azərbaycandakı seçkilər haqda bəyənat yaydı

Bundestaqin üzvü Azərbaycandakı seçkilər haqda bəyənat yaydı
  27 Oktyabr 2013    Oxunub:1031
Almaniya Bundestaqının üzvü Aleks Fişer:Azərbaycanda prezident seçkiləri azad, ədalətli və şəffaf qaydada keçirilib.
Almaniya Bundestaqının üzvü Aleks Fişer oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

A.Fişer prezident seçkilərinin azad, ədalətli və şəffaf qaydada keçirildiyini bildirib. O, seçkilərdə çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin iştirak etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Bundestaqın üzvü seçki ərəfəsində və səsvermə günü prosedurun peşəkar qaydada həyata keçirildiyinin şahidi olduğunu bildirib. O, seçkilərə texniki hazırlıqla bağlı Azərbaycan hakimiyyətinin gördüyü işlərdən məmnun qaldığını vurğulayıb.

A.Fişer səsvermə günü seçki məntəqələrində polisin nümayəndələrinə rast gəlmədiyini, eyni zamanda, seçicilərə qarşı hər hansı təzyiq faktını müşahidə etmədiyini bildirib.

Almaniya Bundestaqının üzvü əvvəlki seçkilərlə müqayisədə namizədlərin daha açıq şəkildə debat aparmaları üçün yaradılmış şəraiti yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Sonda A.Fişer Azərbaycan hakimiyyətinin ölkənin daha da demokratikləşməsi istiqamətində səyləri davam etdirəcəyinə əminliyini bildirib.


Teqlər:





Xəbər lenti