Azərbaycanlı deputatlar Volodinə müraciət hazırladılar

Azərbaycanlı deputatlar Volodinə müraciət hazırladılar
  12 Oktyabr 2018    Oxunub:1650
“Milli Məclisin deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə də səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

“Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi. Rusiya hakim partiyasının üzvü olduğuna görə, həmin partiyaya da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qaydada xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər", - Ə.Hüseynli vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti