43 yaşlı milyarder oğurlanıb

43 yaşlı milyarder oğurlanıb
  11 Oktyabr 2018    Oxunub:1357
Tanzaniyalı məşhur biznesmen Məhəmməd Dyuci oğurlanıb.
AzVision.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, 43 yaşlı biznesmen Dar-əs-Salam şəhərində yoxa çıxıb.

Məlumata görə, iş adamı otellərdən birinin idman zalında məşq edərkən naməlum şəxslər tərəfindən qaçırılıb. Hadisə ilə əlaqədar şəhərin giriş-çıxışı bağlanıb, polis əməkdaşları səfərbər ediliblər.

Qeyd edək ki, Məhəmməd Dyuci Afrikanın ən gənc milyarderidir. Onun varidatı 1,5 milyard dollar həcmindədir.

AzVision.az


Teqlər: Afrika   Milyarder  





Xəbər lenti