Qubada 48 mənzilli yaşayış binası inşa ediləcək

Qubada 48 mənzilli yaşayış binası inşa ediləcək
  11 Oktyabr 2018    Oxunub:3313
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   Quba  





Xəbər lenti