Əhalinin sayı açıqlandı: 1000 kişiyə 1005 qadın düşür

Əhalinin sayı açıqlandı: 1000 kişiyə 1005 qadın düşür
  11 Oktyabr 2018    Oxunub:1939
İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 950 512 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

AzVision.az


Teqlər: DSK   Əhali  





Xəbər lenti